Özbəkistan Bişkek İES-dəki qəza ilə bağlı köməyə hazırdır

Özbəkistan Bişkek İES-dəki qəza ilə bağlı köməyə hazırdır

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təlimatı ilə Özbəkistan Bişkek İES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına kömək etməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə telefon danışığı zamanı bildirib.

Məlumata əsasən, yardım çərçivəsində Özbəkistan tərəfi Əndican şəhərindən Qırğızıstanın Oş şəhərinə maye qaz balonlarının göndərilməsini vurğulayıb.

Qeyd edək ki, 2 fevral 2024-cü il tarixində Bişkek İES-də partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 işçi tibb müəssisələrinə çatdırılıb, Bişkek şəhərində yaşayış evlərinə və müəssisələrə istilik verilməsi dayandırılıb.

X: Lamanasadli01