Bişkekdə kanat sistemi layihəsi həyata keçiriləcək

Bişkekdə kanat sistemi layihəsi həyata keçiriləcək

Bakı. TurkicWorld:

İsveçrənin Bartholet Swiss şirkəti ilə birgə Bişkek üzərindən kanat yolu tikilməsi planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, danışıqlar nəticəsində, tərəflər, əməkdaşlıq haqqında saziş imzalayıb, həmçinin Bişkekdə kanat sistemi layihəsinin həyata keçirilməsi planı təsdiqlənib.

Bildirilib ki, bu, şəhər sakinləri və qonaqları üçün müasir və səmərəli nəqliyyat həllərini təmin edəcək şəhər infrastrukturunun inkişafında mühüm addımdır.

Qeyd edək ki, Bartholet Swiss kanat avtomobil sistemlərində dünya lideridir.

Aytac Süleymanova

Twitter: a_alieva_