Son dəqiqə

Qırğızıstan İspaniya Günəş Elektrik Stansiyası

Qırğızıstanda üzən günəş elektrik stansiyasının tikintisinə başlanılıb

Bakı. TurkicWorld:

Qırğızıstanın “Çakan SES” ASC şirkəti günəş elektrik stansiyasının pilot layihəsinin icrasına başlayıb.

TurkicWorld xəbər verir ki, Texniki Yardım layihəsi çərçivəsində Asiya İnkişaf Bankı (AİB) üzən günəş elektrik stansiyalarının inkişafı üçün qrant ayırıb.

Məlumata əsasən, üzən elektrik stansiyası layihəsinin özü ilk növbədə pik dövrlərdə və su ehtiyatlarının çatışmazlığı dövrlərində stansiyaların istismarına dəstək kimi qiymətləndirilir. AİB mütəxəssisləri SES-5 su anbarının səthində 1200 kvadratmetr sahədə və ilkin gücü 100 kVt olan fotovoltaik panellərin quraşdırılacaq yeri müəyyən ediblər.

Bundan əlavə, AİB günəş elektrik stansiyasının tikintisi üçün baş podratçı olaraq İspaniyanın “Gamma” şirkətini, subpodratçı qismində isə Qırğızıstanın Naryn ASC şirkətini seçib.

Məlumatda o da qeyd edilib ki, layihə uğurla başa çatdıqdan sonra “Çakan SES” ASC su anbarının ərazisində günəş elektrik stansiyasının quraşdırılmasını davam etdirmək niyyətindədir.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər