Malayziyanın XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Malayziyanın XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Malayziyanın xarici işlər naziri Zambri Abdul Qadir iyulun 2-3-də Qırğızıstanda rəsmi səfərdə olacaq.

TurkicWorld xəbər verir ki, səfər Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevin dəvəti ilə baş tutacaq.

Səfər zamanı ölkə rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə Qırğızıstan-Malayziya münasibətlərinin bütün spektrinin, xüsusən də siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə genişləndirilməsi məsələləri müzakirə olunacaq.