Son dəqiqə

BMT Qazaxıstan Əl-Əqsa məscidi

Qazaxıstan XİN-in birinci müavini BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına səfər edib

Bakı, TurkicWorld:

Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Kairat Umarov BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı görüşündə İsrail və Fələstini münasibətləri normallaşdırmağa çağırıb.

TurkicWorld xəbər verir ki, görüş zamanı BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin yaradılması təşəbbüsünün həyata keçirilməsi məsələləri də müzakirə edilib.

Tədbirdə çıxış edən BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa qadınların sülhməramlı missiyalarda iştirakını genişləndirmək üçün BMT proqramının dəstəyinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, aprelin 4-də İsrail təhlükəsizlik qüvvələri Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə basqın edib.

Mövzuya görə xəbərlər