Qazaxıstanda biznes fəaliyyət indeksində artım qeydə alınıb

Qazaxıstanda biznes fəaliyyət indeksində artım qeydə alınıb

Bakı. TurkicWorld:

Yanvar ayında Qazaxıstanın biznes fəaliyyət indeksi 50,7-ə çatıb ki, bu da öncəki ayla müqayisədə 1,3 artım deməkdir.

TurkicWorld bu barədə Qazaxıstan Milli Bankına istinadən xəbər verir.

Bankın Monetar Siyasət Departamentinin direktorunun sözlərinə görə, ardıcıl səkkiz ay mənfi zonada olduqdan sonra biznes fəaliyyət indeksi müsbət zonaya keçib.