Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev

Tokayev Antiterror və Xarici Kəşfiyyat Xidmətlərində kadr dəyişikliyi edib

Bakı, TurkicWorld

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Antiterror və Xarici Kəşfiyyat Xidmətlərinin rəhbərlərini vəzifələrindən azad edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Ruslan Temirqaliyeviç Seysembayev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Antiterror Xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Eləcə də, Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad olunub", - məlumatda bildirilir.

Tokayev kadr dəyişikliyi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Amerxanov və Seysembayev 2023-cü ilin aprelindən bu vəzifələri icra edirdilər. Avqustun axırlarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib. Tokayev təhlükəsizlik qüvvələrinə ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirləri gücləndirməyi tapşırıb.

Mövzuya görə xəbərlər