Son dəqiqə

Qazaxıstan qəza

Qazaxıstanda deltaplanın qəzaya uğraması nəticəsində pilot ölüb

Astana.TurkicWorld

Qazaxıstanın Aktübinsk vilayətində deltaplanın qəzaya uğraması nəticəsində pilot ölüb.

TurkicWorld bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə araşdırma aparmaq məqsədi ilə mütəxəssislər cəlb olunub. Deltaplan "Samqau Aqro" şirkətinə məxsus olub. Hadisə istehsalat zamanı baş verib.

"İyunun 21-də bu şirkətə məxsus "An-2" təyyarə sərt eniş edib. Təyyarənin göyərtəsində iki nəfər olub", - məlumatda qeyd olunub.

Mövzuya görə xəbərlər