Qazaxıstan və Qətər 16,6 milyard dollar dəyərində investisiya layihələri hazırlayacaq

Qazaxıstan və Qətər 16,6 milyard dollar dəyərində investisiya layihələri hazırlayacaq

Bakı. TurkicWorld:

Qazaxıstan və Qətər 16,6 milyard dollar dəyərində investisiya layihələri hazırlamağa hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qazaxıstanın baş naziri Oljas Bektenov və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Taninin danışıqları zamanı əldə edilib.

Bektenov bildirib ki, Qətər Qazaxıstanın ərəb dünyasında mühüm iqtisadi tərəfdaşıdır.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qətərə səfəri çərçivəsində bağlanmış sazişlər investisiya əməkdaşlığımızı yeni səviyyəyə qaldırır.16,6 milyard ABŞ dolları dəyərində strateji əhəmiyyətli investisiya layihələrinin hazırlanması ərəfəsindəyik", - deyə o vurğulayıb.

Qətərin Baş naziri öz növbəsində ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Danışıqlardan sonra Qazaxıstan və Qətər hökumətləri arasında prioritet sektorlarda layihələrin inkişafı üçün uzunmüddətli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Qeyd edək ki, ən böyük investisiya layihələri arasında 5,7 milyard ABŞ dolları dəyərində qaz emalı zavodlarının tikintisi, Aktobe-Kostanay qaz kəmərinin və 7,7 milyard ABŞ dolları dəyərində Beyneu-Bozoi-Şımkent qaz kəmərinin ikinci xəttinin tikintisi var.

X: Lamanasadli01