Qazaxıstan öz rabitə peyklərini yaratmalıdır - Nazir

Qazaxıstan öz rabitə peyklərini yaratmalıdır - Nazir

Bakı. TurkicWorld:

Qazaxıstan öz rabitə peyklərini yaratmalıdır.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aviasiya sənayesi naziri Baqdat Mussin martın 18-də Milli Kosmik Mərkəzdə Qazaxıstan Milli Kosmik Rabitə Mərkəzinin 20 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında deyib.

"Qazaxıstanın öz milli kosmik rabitə və yayım sistemi, öz orbital tezlik resursu və ən əsası peşəkar kosmik rabitə mühəndisləri komandası var” – deyə nazir bildirib.