Son dəqiqə

Böyük Britaniya Qazaxıstan Murat Nurtleu

Qazaxıstan və Böyük Britaniyanın XİN rəhbərləri ikitərəfli strateji məsələləri müzakirə ediblər

Bakı. TurkicWorld:

Qazaxıstanın Xarici İşlər naziri Murat Nurtleu və Böyük Britaniyanın Xarici İşlər naziri David Kemeron arasında telefon danışığı baş tutub.

TurkicWorld-un məlumatına görə, telefon danışığı zamanı XİN rəhbərləri, siyasi, ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, o cümlədən çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Murat Nurtleu, Qazaxıstan-Britaniya strateji tərəfdaşlığının hərtərəfli dərinləşdirilməsinə sadiqliyini təsdiqləyib və David Kemeronu Astanaya səfərə dəvət edib.

Tərəflər vurğulayıblar ki, yaxın gələcəkdə Strateji tərəfdaşlıq və Əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

Qazaxıstanın XİN rəhbəri, Qazaxıstan prezidenti tərəfindən iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər açan siyasi və iqtisadi islahatları ayrıca qeyd edib.

Nazirlər həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb və ikitərəfli əməkdaşlıq üzrə gələcək planları müzakirə ediblər.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər