...

Qasım-Jomart Tokayev Moskvaya rəsmi səfər edib

Qazaxıstan Digər xəbərlər 24 May 2023 16:47
TurkicWorld Sabir Alizade
Qasım-Jomart Tokayev Moskvaya rəsmi səfər edib

Bakı TurkicWorld

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ali Avrasiya İqtisadi Şurasının mayın 25-də keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, prezident bu gün Avrasiya İqtisadi Forumunun “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası” adlı plenar iclasında iştirak edəcək.

Qeyd edək ki, forumda Qazaxıstan lideri, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov ilə yanaşı, Çin Xalq Respublikasının sədri Si Cinpin də videomüraciətlə çıxış edəcək.

Mehriban Xəlilli

@MXalilbekova

Məqalədə:
Xəbərlər

Xəbər lenti