Deputat Fazil Mustafanın törədilmiş sui-qəsd ilə bağlı cinayət işi başlanıb

Deputat Fazil Mustafanın törədilmiş sui-qəsd ilə bağlı cinayət işi başlanıb

Bakı. TurkicWorld:

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluğundan TurkicWorld-a verilən məlumata görə, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.