DİN millət vəkili Fazil Mustafaya sui-qəsdin təşkil olunması ilə bağlı məlumat yayıb

DİN millət vəkili Fazil Mustafaya sui-qəsdin təşkil olunması ilə bağlı məlumat yayıb

Bakı. TurkicWorld:

Millət vəkili Fazil Mustafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, F. Mustafa evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb