...

Azərbaycanda 58 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Hadisə Digər xəbərlər 22 Noyabr 2022 18:17
Trend Daspina Hasanova
Azərbaycanda 58 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir.Ölkədə son sutka ərzində 2 314, hazırkı dövrədək isə 7 361 245 test aparılıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti