BAKI,TurkicWorld
Bakıda liseydə müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə həbs edilib.
TurkicWorld-in məlumatına görə, Binəqədi Rayon Məhkəməsindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Ə. Ş. barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.







