Son dəqiqə

ANAMA minatəmizləmə Xocavənd mina mina təhlükəsi mina partlayışı

Xocavənddə mina partladı - xəsarət alan var

BAKI,TurkicWorld

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilkib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Mövzuya görə xəbərlər