Kocaelidə LPG çənində baş verən yanğın söndürülüb

Kocaelidə LPG çənində baş verən yanğın söndürülüb

Bakı. TurkicWorld:

Kocaelidə boş LPG çəninin partlaması nəticəsində baş verən yanğın söndürülüb.

TurkicWorld-un məlumatına görə, səth qumlama və rəngləmə sexində boş LPG çənində naməlum səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb. Dərhal hadisə yerinə xilasetmə, təcili yardım və jandarma qrupları sövq edilib.

Üzündən yüngül xəsarət alan işçi xəstəxanaya aparılıb.

Yanğın zamanı çən və sexə ziyan dəyib, yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aytac Süleymanova

Twitter: a_alieva_