Son dəqiqə

Daxili İşlər Nazirliyi

Baş verən yanğında bir polis əməkdaşı xəsarət alıb - DİN

Bakı. TurkicWorld:

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bu barədə TurkicWorld-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.

Mövzuya görə xəbərlər