Son dəqiqə

Daxili İşlər Nazirliyi mina

DİN-in hərbi qulluqçusu azad edilən ərazidə minaya düşüb

Bakı. TurkicWorld:

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən TurkicWorld-a bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.

Mövzuya görə xəbərlər