Quba rayonunda yanğınlar qeydə alınıb

Quba rayonunda yanğınlar qeydə alınıb

Bakı. TurkicWorld:

Quba rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, rayonun Aşağı Atuc kəndində ümumi sahəsi 70 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan restoranın yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köşkün içərisində çəlləklərə yığılan 500 litr benzin yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.