Gömrük nəzarətindən gizlədilən 85 ədəd mobil telefon aşkar edilib

Gömrük nəzarətindən gizlədilən 85 ədəd mobil telefon aşkar edilib

Bakı. TurkicWorld:

Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında “Mazımqara” gömrük postunun ixrac nəzarət xəttində Azərbaycan Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşının idarə etdiyi yük-nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib.

Bu barədə TurkicWorld-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun müxtəlif hissələrində şübhəli cizgilər müşahidə edilib.

Həyata keçirilən ətraflı yoxlama nəticəsində nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən 47 ədəd “iPhone”, 34 ədəd “Samsung”, 4 ədəd “Xiaomi” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.