Bakı, TurkicWorld
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,496 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin, 2,289 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 6 dəfə azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,83 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.