Son dəqiqə

Dövlət Gömrük Komitəsi

Azərbaycanda Gömrük Forumu keçiriləcək

Bakı, TurkicWorld

Dekabrda Azərbaycanda Gömrük Forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasnın (ASK) vitse-prezidentinin müavini Ziya Hacılı "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

"Hazırda bizim strukturlarımız Azərbaycan Dövlət Gömrük Komitəsi ilə birlikdə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri görür", - Z.Hacılı qeyd edib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər