Son dəqiqə

Azərbaycan zəlzələ

Azərbaycanda 4,8 bal gücündə zəlzələ olub

Bakı.TurkicWorld:

Cəlilabad rayonunda zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. İlkin məlumata görə, zəlzələnin maqnitudası 5-ə yaxındır.

Yeraltı təkanlar Lerik, Yardımlı, Beyləqan və Saatlıda hiss olunub.

xxx

01:30

Xəzər dənizində, Azərbaycan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Lənkəran şəhərindən 30 kilometr aralıda qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri Lənkəran şəhərindən 30 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Mövzuya görə xəbərlər