Ermənilər mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmaq istəyiblər

Ermənilər mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmaq istəyiblər

Bakı. TurkicWorld:

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.