...

Azərbaycan neftinin qiyməti açıqlandı

Neft və qaz Digər xəbərlər 21 Fevral 2023 10:13
TurkicWorld Aytac Aliyeva
Azərbaycan neftinin qiyməti açıqlandı

Bakı. TurkicWorld:

Fevralın 20-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 85,19 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 83,36 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,64 dollar bahalaşaraq 46,46 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 20-də 0,26 dollar bahalaşaraq 82,34 dollar olub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti