Qərbi Qara dəniz bölgəsindən əldə edilən qaz ehtiyatı ilə Türkiyə 30 illik ehtiyaclarını ödəyə bilər - Fatih Dönmez

Qərbi Qara dəniz bölgəsindən əldə edilən qaz ehtiyatı ilə Türkiyə 30 illik ehtiyaclarını ödəyə bilər - Fatih Dönmez

Bakı. TurkicWorld:

Bu gün Türkiyənin “Albayrak Medya” şirkəti və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə “Türkiyə Əsri Enerji Zirvəsi” tədbiri keçirilib.

TurkicWorld-ün məlumatına görə, tədbirin açılışını edən Albayrak Group-un baş direktoru Dr. Ömer Bolat bildirib ki, Albayrak Group olaraq 71 ildir ki, Türkiyənin daxili və milli iqtisadiyyatının inkişafına dəstək verir.

Daha sonra açılışda çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Oman və Türkiyə arasında yeni qaz alqı-satqısı müqaviləsi imzalayacaqlarını bildirib.

" Omandan hər il 1,4 milyard kubmetr qaz tədarük edəcəyik və müqaviləmiz 10 il müddətinə qüvvədə olacaq. Əgər əlverişli şərtlər yaranarsa, müqaviləni uzatmaq kimi imkanımız da var. " – deyə Dönməz vurğulayıb.

Bundan başqa, Qərbi Qara dəniz bölgəsində kəşfiyyat fəaliyyətlərinin davam etdyini qeyd edən nazir, hal-hazırda əldə edilən qaz ehtiyatı ilə Türkiyənin 30 illik ehtiyaclarını ödəyə biləcəklərini də qeyd edib