BAKI,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin İtaliyanın Auqusta limanında CIF bazası üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,78 ABŞ dolları və ya 1,1 faiz artaraq 73,71 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbələr məlumat verib.
"Azərbaycanın "Azeri Light" markalı neftinin Türkiyənin Ceyhan limanında FOB bazası üzrə qiyməti 0,67 ABŞ dolları və ya 0,9 faiz artaraq bir barel üçün71,15 ABŞ dollarına çatıb. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,79 ABŞ dolları və ya 2 faiz artaraq 40,95 ABŞ dolları, Dated Brent markalı Şimal dənizi neftinin qiyməti isə 0,53 ABŞ dolları və ya 0,8 faiz yüksələrək bir barel üçün 69,88 ABŞ dolları təşkil edib",- deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.


