BAKI, TurkicWorld
Londonun ICE birjasında 2026-cı ilin mart ayı üzrə “Brent” markalı neftin fyuçers qiyməti 14 yanvar 2026-cı ildən sonra ilk dəfə olaraq bir barel üçün 66 dollar həddini aşıb.
TurkicWorld xəbər verir ki, bu göstəricilər ticarət məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 02:31-ə olan vəziyyətə əsasən, “Brent” markalı neftin qiyməti 0,03 faiz azalaraq 66,26 dollar səviyyəsinə enib.
Saat 02:40-da isə “Brent” neftinin bir barelinin qiyməti dəyişməyərək 66,26 dollar olub. Eyni zamanda, 2026-cı ilin mart ayı üçün WTI markalı neftin fyuçersləri 0,02 faiz ucuzlaşaraq bir barel üçün 61,30 dollara düşüb.







