Son dəqiqə

Niderland neft Brent

"ING" "Brent" nefti və "Dutch TTF" qazının qiymətləri üzrə 2028-ci ilə qədər olan proqnozlarını verib

BAKI, TurkicWorld

Niderlandın "ING" bank qrupu 2028-ci ilə qədər "Brent" markalı neftin və "Dutch TTF" təbii qazının qiymətləri üzrə yenilənmiş proqnozunu dərc edib.

TurkicWorld xəbər verir ki, analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə "Brent" markalı neftin və "Dutch TTF" təbii qazının orta illik qiymətləri müvafiq olaraq bir barel üçün 56,4 dollar və bir meqavat-saat üçün 29,5 avroya çatacaq.

2027-ci ildə "Brent" neftinin orta illik qiyməti təxminən bir barel üçün 61,75 dollar səviyyəsində qalacaq, "Dutch TTF" üzrə qiymət isə təqribən bir meqavat-saat üçün 26,25 avroya enəcək.

Xüsusilə, 2026-cı ilin birinci rübündə "Brent" neftinin qiymətinin bir barel üçün 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58 dollar, dördüncü rübdə isə 54 dollar olacağı proqnozlaşdırılır. "Dutch TTF" üzrə isə 2026-cı ilin birinci rübündə kotirovkaların bir meqavat-saat üçün 33 avro, ikinci rübdə 28 avro, üçüncü rübdə 27 avro, dördüncü rübdə isə 30 avro təşkil edəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər