BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 31,613 milyard manat dəyərində xam neft və təbii qaz hasil olunub.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34,8 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 35,5 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.







