Avstriya Azərbaycandan neft idxalını dəfələrlə artırıb

Avstriya Azərbaycandan neft idxalını dəfələrlə artırıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Avstriyaya təqribən 266,569 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 2,88 faizini təşkil edir.

TurkicWorld xəbər verir ki, bu göstərici illik hesablamada 3,2 dəfə və ya 183,668 min ton artıb.

Qeyd olunan dövrdə Azərbaycandan Avstriyaya neft və neft məhsulları ixracının dəyəri 152,155 milyon dollar olub. Bu isə 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2,72 dəfə və ya 96,374 milyon dollar çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.