Neft qiymətləri tələbatla bağlı gözləntilər fonunda bahalaşır

Neft qiymətləri tələbatla bağlı gözləntilər fonunda bahalaşır

Bakı. TurkicWorld:

Dünyada neft qiymətləri orta sürətlə artmaqdadır.

TurkicWorld xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Treyderlər mövsümi tələbat perspektivlərini və OPEC+ ölkələrinin hasilatı azaltmaq cəhdlərini qiymətləndirməklə yanaşı ABŞ-nin dövlət borcunun tavanı ilə bağlı xəbərləri izləyirlər.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,16% artaraq bir bareli 76,11 dollara, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,21% artaraq 72,2 dollara çatıb.

Bazarlar avtomobil səfərləri ilə əlaqədar benzinə tələbatın ənənəvi olaraq artdığı yay mövsümünün perspektivlərini qiymətləndirirlər.

Qlobal risklər iqtisadi perspektivlərdə əks oluna bilər ki, bu da neftə tələbat proqnozlarına mənfi təsir edir.