BAKI,TurkicWorld
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,02 ABŞ dolları və ya 0,02 faiz artaraq bir barel üçün 119,70 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,1 ABŞ dolları və ya 0,1 faiz azalaraq 109,11 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,86 ABŞ dolları və ya 0,98 faiz artaraq bir barel üçün 88,31 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,66 ABŞ dolları və ya 1,4 faiz artaraq bir barel üçün 119,79 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, neftin qiyməti cümə axşamı bir barel üçün 98 dolları ötüb. "Bununla da əvvəlki sessiyada qeydə alınan itkilər bərpa olunub. Qiymət artımına Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə məxsus Şeyba neft yatağına dron hücumu nəticəsində iki nəfərin həlak olması təsir göstərib.
Hadisə Yaxın Şərqdə gərginliyin artdığını göstərib və enerji təchizatında əlavə fasilələrin yaranması ilə bağlı narahatlıqları gücləndirib. ABŞ də Səudiyyə Ərəbistanındakı səfirliklərində çalışan bəzi əməkdaşlarının və onların ailə üzvlərinin ölkəni tərk etməsi barədə göstəriş verib.
Eyni zamanda, Ukrayna bu həftə Rusiyanın mühüm neft infrastrukturu obyektlərini hədəf alan genişmiqyaslı dron hücumları həyata keçirib. Bu addım Kiyevin prezidentlər Donald Tramp və Vladimir Putin arasında əldə olunmuş razılaşma çərçivəsində Moskvanın dizel yanacağı ixracını artırmasının qarşısını almaq niyyətini göstərir.
Bununla belə, Yaxın Şərqdən xam neft tədarükünün artması fonunda qiymətlərin daha da yüksəlməsi məhdudlaşa bilər. Belə ki, ixrac həcmləri müharibədən əvvəlki səviyyələrə yaxınlaşır. Səudiyyə Ərəbistanının xam neft ixracı avqust ayında 7,9 faiz artaraq mart ayından bəri ən yüksək səviyyəyə çatıb.
Rusiyanın da cümə axşamı ABŞ-yə ilk dizel yanacağı partiyasını çatdıracağı gözlənilir", - qeyd edilib.
