Son dəqiqə

Azeri Light

Azərbaycan neftinin qiyməti dəyişdi

Bakı. TurkicWorld:
İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,15 ABŞ dolları və ya 0,97 faiz artaraq bir barel üçün 119,68 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,54 ABŞ dolları və ya 1,43 faiz artaraq 109,21 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,84 ABŞ dolları və ya 2,15 faiz artaraq bir barel üçün 87,45 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,52 ABŞ dolları və ya 0,44 faiz artaraq bir barel üçün 118,13 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə günü xam neftin bir barelinin qiyməti təxminən 99 dollara yüksələrək artımını bərpa edib.

"İnvestorlar ABŞ və İran arasında diplomatik irəliləyişlə bağlı ziddiyyətli məlumatları qiymətləndirirlər.

Qiymətlər çərşənbə axşamı Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirin Tehranda İranın yüksək vəzifəli diplomatik və hərbi rəsmiləri ilə görüşündən sonra kəskin ucuzlaşıb. Görüşdə ikitərəfli münasibətlər və Vaşinqtonla danışıqların vəziyyəti müzakirə olunub.

Lakin danışıqlarda iştirak edən diplomat razılaşmanın yaxın zamanda əldə olunacağı ilə bağlı məlumatları təkzib edib və münaqişəyə son qoymaq səylərinin davam etdiyini təsdiqləyib.

Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər, eləcə də Rusiya və Ukrayna arasında hərbi qarşıdurmanın intensivləşməsi tədarük risklərini artırıb. Nəticədə neftin qiyməti bu ay 10%-dən çox yüksəlib.

Son iki həftə ərzində Hörmüz boğazında ən azı 18 gəmi də hücuma məruz qalıb. Bununla belə, mövcud risklərə baxmayaraq, Yaxın Şərqdən neft axını müharibədən əvvəlki səviyyənin təxminən 80%-nə qədər bərpa olunub", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər