Son dəqiqə

Azeri Light

Azərbaycan neftinin qiyməti kəskin dəyişdi

Bakı. TurkicWorld:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,73 ABŞ dolları və ya 2,92% ucuzlaşaraq 124,14 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,72 dollar və ya 3,19% ucuzlaşaraq 112,79 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,33 dollar və ya 2,72% azalaraq 83,45 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,97 dollar və ya 2,28% azalaraq 127,55 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti cümə axşamı bir barel üçün 94 dollara yaxınlaşıb. Bildirilib ki, bu, ehtimal ki, qiymətlərin ardıcıl beş sessiya ərzində artmasından sonra texniki korreksiya və investorların mənfəət götürməsi ilə əlaqədardır.

"İnvestorlar həmçinin ABŞ-nin qlobal yükdaşıma tariflərinin rekord həddə yüksəlməsini azaltmaq məqsədilə Rusiya, İran və Venesuela kimi ölkələrdən neft və neft məhsulları daşıyan, sözdə "kölgə donanması"na daxil olan gəmilərə qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirməsi barədə məlumatları qiymətləndiriblər.

Bununla belə, Hörmüz boğazında çərşənbə günü naməlum mərmilərin zərbəsindən sonra konteyner gəmisinin batması təchizatla bağlı narahatlıqları artırıb. Eyni zamanda, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanı ərazisinə raket və dron hücumlarını davam etdiriblər.

Rusiya həmçinin Ukraynanı çərşənbə günü iki neft emalı zavoduna, o cümlədən gündəlik 400 min barel emal gücünə malik Ryazan zavoduna hücum etməkdə ittiham edib. Moskvanın iddiasına görə, bu hücumlar ABŞ Prezidenti Donald Trampın elan etdiyi "enerji atəşkəsi"ni pozub", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər