Son dəqiqə

külək enerjisi

Azərbaycanda külək enerjisi istehsalı 41 dəfədən çox artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 141,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 138,2 milyon kVt-saat və ya 41,6 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 42,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 0,6 milyon kVt-saat və yaxud 1,4% azalma deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 93,4 milyon manat təşkil edib.

Mövzuya görə xəbərlər