Son dəqiqə

Azərbaycan Xəzər dənizi Avropa ADA Universiteti Mərkəzi Asiya külək enerjisi

Xəzərdən Avropaya dənizin dibindən külək enerjisinin nəqli üzrə investorlarla danışıqlar aparılır

BAKI,TurkicWorld

Hazırda "yaşıl enerji koridoru" (Black Sea Energy) üzrə potensial investorlarla əməkdaşlıq modelləri müzakirə olunur.

TurkicWorld xəbər verir ki, bunu Mərkəzi Asiya–Azərbaycan "yaşıl enerji koridoru" layihəsi çərçivəsində "Yaşıl Enerji Koridoru" QSC-nin baş direktoru Tural Əliyev ADA Universitetində Beynəlxalq Təmiz Enerji Günü ilə əlaqədar keçirilən dəyirmi masada bildirib.

"Hazırda Xəzərdən Avropaya dəniz dibindən külək enerjisinin nəqli üzrə böyük işlər aparılır. Layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb, hazırda potensial investorlarla əməkdaşlıq modelləri müzakirə olunur", – deyə T. Əliyev qeyd edib.

Mövzuya görə xəbərlər