Son dəqiqə

Azərbaycan Pərviz Şahbazov Energetika Nazirliyi ABŞ

ABŞ Ticarət Palatası nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir

BAKI,TurkicWorld

Azərbaycan və ABŞ enerji sahəsində potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və aparıcı enerji şirkətləri ilə enerji gündəliyimizdə yer alan layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərir və bu məqsədlə nümayəndə heyətinin gələn ilin fevralında ölkəmizə səfəri planlaşdırılır", - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər