Son dəqiqə

Energetika Nazirliyi Azerbaijan Green Energy Company MMC Clean Energy Capital MMC İcra Müqaviləsi

Clean Energy Capital MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

BAKI,TurkicWorld

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.

TurkicWorld xəbər verir ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
İcra Müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.

Mövzuya görə xəbərlər