Son dəqiqə

Azərbaycan Pərviz Şahbazov Energetika Nazirliyi Avropa ikitərəfli əməkdaşlıq

Azərbaycan Aİ ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə səmərəli müzakirələr apardıq. Strateji enerji tərəfdaşlığımızın Cənub Qaz Dəhlizi, "Yaşıl Enerji Dəhlizi" layihələri, enerji səmərəliliyi, hidrogen və digər prioritet istiqamətlərinin inkişafını, eləcə də regionda yeni reallıqlar fonunda yaranan əməkdaşlıq imkanlarını dəyərləndirdik", - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər