Son dəqiqə

Türkiyə Somali

Türkiyə ilə karbohidrogen sahəsində hökümətlərarası tərafdaşlıq məsələsini müzakirə etməyə başlamışıq – Somali Prezidenti

Bakı. TurkicWorld:

Biz Türkiyə ilə karbohidrogen sahəsində hökumətlərarası tərəfdaşlıq məsələsini müzakirə etməyə başlamışıq. TurkicWorld-un məlumatına görə, bunu Türkiyədə rəsmi səfərdə olan Somali prezidenti Həsən Şeyx Mahmud deyib.

"Türkiyə texnologiya, bilik və texniki təcrübə baxımından çox inkişaf etmiş ölkədir. Türkiyə və Somali hökuməti arasında bu karbohidrogen məsələsində necə birgə işləyə biləcəyimizlə bağlı danışıqlar gedir. Biz Türkiyə hökumətinə inanır və güvənirik.” – deyə o bildirib.

Qeyd edək ki, beynəlxalq neft və qaz şirkətlərinin 1991-ci ildən əvvəl Somalidə müqavilələri olub, lakin vətəndaş müharibəsi səbəbindən ölkəni tərk ediblər. 2012-ci ildə Federal Hökumət yenidən qurulandan sonra xarici investorları cəlb etmək üçün qanunvericilik bazası yaradılıb. Somali Neft Təşkilatının yaradılmasını ehtiva edən Neft Qanunu 2020-ci ildə qəbul edilib və ölkədə neft əməliyyatları üçün yeni tənzimləyici - Somali Neft İdarəsi (SPA) yaradıldı.

Mövzuya görə xəbərlər