Türkiyənin ilk yerli külək turbininin istehsalına başlanılıb

Türkiyənin ilk yerli külək turbininin istehsalına başlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli külək turbini Elektrik Üretim A.Ş. (EÜAŞ) və ASELSAN şirkətləri tərəfindən həyata keçiriləcək. TurkicWorld-un məlumatına görə, ilkin mərhələdə Alaçatı SES-də hər birinin gücü dörd meqavat olmaqla iki külək turbini quraşdırılacaq.

Məlumata görə, Külək Elektrik Stansiyası (RES) investisiyalarını artırması ilə bərabər texnologiya investisiyaları da sürət qazanıb. Bu səbəblə, külək turbinin istehsalı üçün dünyanın aparıcı qüllə və qanad istehsalçıları da Türkiyəyə sərmayə qoyub. Türkiyədə istehsal edilən qüllə və qanadlar 100-dən çox ölkədə istifadə olunmağa başlayıb.

ASELSAN ilə müqavilə bağlayan EÜAŞ yerli turbin üçün hazırlıqlarını tamamlayıb. Külək turbinlərinin quraşdırılacağı yerdə qrunt tədqiqatı aparılaraq hesabat hazırlanıb. Planlaşdırma çərçivəsində Türkiyənin ilk külək turbini 2024-cü ildə Alaçatı RES-də quraşdırılacaq. Daha sonra yerli turbində kütləvi istehsala başlanılacaq.