Son dəqiqə

Azərbaycan Ukrayna humanitar yardım

Azərbaycandan Ukrayana göndərilən humanitar yükün tərkibi açıqlanıb

Bakı, TurkicWorld

Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə qədər elektrik kabelləri və naqillər, eyni zamanda 25 ədəd generator və 7 dəst transformator daxildir.

TurkicWorld xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir:

"10 TIR-dan ibarət humanitar yardım bu gün yola salınır. 2 həftə ərzində yüklərin Ukraynaya çatdırılması gözlənilir.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan avadanlıqların növbəti hissəsi də əlavə 9 TIR vasitəsilə yola salınacaq.

Avadanlıqlar Azərbaycanda istehsal olunub".

Mövzuya görə xəbərlər