Son dəqiqə

"Brent" markalı neftin qiyməti 70 dolları ötüb

BAKI, TurkicWorld

Cari ilin sentyabr ayında çatdırılacaq "Brent" markalı neftin fyuçersi Londonun ICE birjasında aprelin 30-dan bəri ilk dəfə olaraq bir barel üçün 70 dolları ötüb.

TurkicWorld xəbər verir ki, bu barədə birja məlumatları göstərir.

Bakı vaxtı ilə saat 19:25-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 0,65 faiz artaraq bir barel üçün 70,05 dollara çatıb.

19:30-a olan məlumata görə isə, "Brent"in fyuçersi artım tempini bir qədər zəiflədərək 70,03 dollar səviyyəsində ticarət olunub. "WTI" markalı neftin fyuçersi isə 0,9 faiz artaraq bir barel üçün 68,24 dollar olub.