Azərbaycan nefti 119 dollara yaxınlaşıb

Azərbaycan nefti 119 dollara yaxınlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 118,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 85,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.