Azərbaycan FOB CIF URALS Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "Azeri Light" markalı neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,88 ABŞ dolları və ya 3,8 faiz azalaraq 72,46 ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti də 2,85 ABŞ dolları və ya 3,9 faiz azalaraq 69,98 ABŞ dollarına enib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,3 ABŞ dolları və ya 7,5 faiz azalaraq bir barel üçün 40,72 ABŞ dolları təşkil edib.

Şimal dənizindən hasil olunan "Dated Brent" markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,73 ABŞ dolları və ya 3,8 faiz azalaraq 68,79 ABŞ dollarına düşüb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Mövzuya görə xəbərlər