bp BTC üzrə əməliyyat və əsaslı xərcləri artırıb

bp BTC üzrə əməliyyat və əsaslı xərcləri artırıb

2021-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə 119 milyon dollardan artıq, əsaslı xərclərə isə 34 milyon dollardan artıq vəsait xərclənib.

TurkicWorld bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

2020-ci ilin yekununda bu göstəricilər müvafiq olaraq 111 milyon dollar və 29 milyon dollara bərabər idi.

Beləliklə, BTC üzrə xərclər müvafiq olaraq 7,2 faiz və 17,2 faiz artıb.

Qeyd edək ki, 1768 km uzunluğunda olan BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.