Son dəqiqə

TAP Luka Skyeppati

TAP hidrogen nəqli üçün potensiala malikdir - İcraçı direktor

İlkin qiymətləndirmə göstərir ki, Trans-Adriatik boru kəməri (TAP) hidrogen nəqli üçün potensiala malikdir.

TurkicWorld-un məlumatına görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci toplantısında TAP-ın icraçı direktoru Luka Skyeppati belə deyib.

"Mövcud infrastrukturun hidrogen nəqli üçün modernləşdirilməsi yararlandığımız imkanlardan biridir", - deyə o bildirib.

O qeyd edib ki, TAP Balkan regionunda əlavə enerji mənbəyi kimi xidmət edə bilər.

Mövzuya görə xəbərlər